Naynqolan İtaliya klubunda
27.01.2023 - 09:38

Belçika millisinin sabiq futbolçusu Raca Naynqolanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Antverpen”in yarımmüdafiəçisi karyerasını İtaliyada davam etdirəcək.
34 yaşlı futbolçu “Spal”a keçəcək. O, B seriyası təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq. Əvvəllər də İtaliyada çıxış etmiş Naynqolan “Kalyari”, “Roma” və “İnter”də oynayıb.
Qeyd edək ki, Raca cari mövsümdə 18 görüşdə 3 qol vurub.
0
0