
Braziliyalı Neymarın “Barselona” dönmə ehtimalı gündəmə gəlib.
Apasport.az saytı xəbər verir ki, bu barədə Qətər şeyxi Mabhut Əl-Marri sosial şəbəkədə paylaşım edib.
PSJ-də ümidləri doğrultmayan braziliyalı ulduzun komandadan getməsi gözlənilir. Onun adı ingilis klubları ilə çəkilsə də, transferlə bağlı yekun nəticə əldə olunmayıb. Zədələrdən əziyyət çəkən Neymarın “Barselona”ya nə qədər lazım olub-olmadığını isə zaman göstərəcək.
Qeyd edək ki, braziliyalı futbolçu 2017-ci ildə “Barselona”dan PSJ-yə rekord qiymətə transfer olunmuşdu. O, Paris klubunun heyətində 173 oyunda 118 qol və 77 ötürmə ilə yadda qalıb.