Neymar futbolu unudub - FOTO
29.01.2024 - 09:17

Braziliya millisinin kapitanı Neymar yenidən gündəm olub.
Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçu Braziliya millisinin sabiq futbolçusu Romarionun 58-ci doğum günü şərəfinə təşkil olunan gecədə iştirak edib.
Hazırda karyerasını Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda davam etdirən forvard Rio-de-Janeyroda keçirilən tədbirə mühafizənin müşaiyəti ilə qatılıb.
Hazırda çarpaz bağ və menisk zədəsini sağaltmaqla məşğul olan “sambaçı”nın artıq çəkisi görənləri təəccübləndirib.
0
0