Neymar qrup mərhələsini bitirdi
26.10.2022 - 12:10

Neymar üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu VI turu buraxacaq.
O, son turun “Yuventus”la görüşündə komandasına kömək edə bilməyəcək. Buna Neymarın cəzalı duruma düşməsi səbəb olub.
Cənubi amerikalı V turun Hayfa “Makkabi”si ilə qarşılaşmada sarı vərəqə alıb. Bu, Neymarın turnirdə 3-cü xəbərdarlığı olduğundan son turda oynamaq şansını itirib.
Qeyd edək ki, 5 turdan sonra 11 xala malik PSJ H qrupunun lideridir.
0
0