Neymarın transferi üçün razılaşdılar
16.02.2023 - 10:11

Neymar PSJ-ni tərk edə bilər.
Apasport.az saytı xəbər verir ki, “Çelsi” Braziliya millisinin kapitanını heyətə cəlb etməyi planlaşdırır.
Hətta London klubunun sahibi Todd Boeli çərşənbə axşamı PSJ-dən həmkarı Nasser Al-Xelaifi ilə braziliyalının yayda transferi ilə bağlı görüş keçirib. Fransa təmsilçinin rəsmisi 31 yaşlı hücumçunu satmağa hazır olduğu bildirib.
Qeyd edək ki, 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə transfer edilən Neymar bu mövsüm 28 oyunda 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0