Nigeriyalı futbolçu “Sevilya”da
28.01.2025 - 03:21

İspaniya La Liqası komandalarından "Sevilya" heyətini nigeriyalı forvardla gücləndirib.
Apasport.az xəbər verib ki, klub Akor Adamsı "Monpelye"dən transfer edib.
24 yaşlı hücumçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Bu transfer "Sevilya"ya 5,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Adams Fransa çempionatında bu mövsüm çıxış etdiyi 15 rəsmi matçda 3 qolla yadda qalıb.
0
0