“Nitsa” Aleksislə yollarını ayırıb
16.08.2024 - 22:46

Fransanın "Nitsa" klubu 2 mövsüm əvvəl 12 milyon avroya transfer etdiyi Aleksis Beka Beka ilə müqaviləyə xitam verib.
Apasport.az xəbər verir ki, "Nitsa" bu qərarı Ndombele transferindən sonra verib.
23 yaşlı futbolçu Liqa 1 komandasının heyətində cəmi 22 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, Beka Beka Fransaya Rusiyanın "Lokomotiv Moskva" klubundan gəlmişdi. Son zamanlar psixoloji vəziyyəti yerində olmayan futbolçu ötən il intihara da cəhd etmişdi.
0
0