“Nyukasl” Mbappeyə sataşdı
05.10.2023 - 21:09

“Nyukasl”ın twitter səhifəsi Kiliyan Mbappeni məsxərəyə qoyub.
Apasport.az saytı xəbər verir, ki bu, komandanın Çempionlar Liqasında PSJ üzərində 4:1 hesablı qələbəsindən sonra baş verib.
İngilis klubu Den Börn və Fabian Şerin ulduz futbolçu ilə şəklini paylaşıb. Paylaşımda belə qeyd olunub: “Şəkildəkilərdən ikisi dünən axşam fərqlənib”.
Qeyd edək ki, “Nyukasl” bu qələbəsən sonra turnir cədvəlində birinci pilləyə yüksəlib. Mbappe 90 dəqiqə ərzində fərqlənə bilməyib.
0
0