"Nyukasl"da ciddi itki
24.01.2024 - 13:19

"Nyukasl" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Coelinton zədə səbəbindən may ayına qədər oynamayacaq.
Yanvarın 6-dan meydandan uzaq qalan futbolçu uğurla əməliyyat olunub. 27 yaşlı braziliyalının may ayında meydana qayıdacağı gözlənilir.
Qeyd edək ki, Coelinton "Nyukasl"a Almaniyanın "Hoffenhaym" klubundan keçib.
0
0