Okan Buruk daha 2 il "Qalatasaray"da
06.06.2024 - 13:16

Super Liqa təmsilçilərindən "Qalatasaray" baş məşqçi Okan Burukla yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı çalışdırıcının müqavilə müddəti 2 il uzadılıb. Sabah "Qalatasaray"la anlaşan çalışdırıcı üçün imza mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Okan Buruk 23 iyun 2022-ci ildən "sarı-qırmızılar"ı çalışdırır. O, İstanbul klubu ilə Super Liqada ardıcıl 2 çempionluq qazanıb.
Okan Burukun idarə etdiyi “Qalatasaray” bu mövsüm Türkiyə Superkubokunu öz muzeyinə gətirib.
0
0