Oskar Braziliyaya qayıdır
27.07.2022 - 10:20

“Çelsi”nin sabiq futbolçusu Oskar Braziliyaya qayıdır.
Apasport.az saytının məlumatına görə, Çinin “Şanxay SİPQ”də forma geyinən braziliyalı “Flamenqo”ya keçməyə yaxındır.
Bununla bağlı iki klub arasında şifahi razılıq əldə olunub. “San-Paulu” və “İnternasional”ın da maraqlandığı futbolçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Oskar 2017-ci ildən Çin təmsilçisində çıxış edir. Onun transfer qiyməti 18 milyonla dəyərləndirilir.
Qeyd edək ki, 2012-17-ci illərdə “Çelsi” forması geyinən yarımmüdafiəçi Braziliya yığmasında 46 oyuna 12 qol vurub.
0
0