
Paulo Dibalanın yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü “Roma”ya keçib.
“Yuventus”dan ayrıldıqdan sonra azad agent olan 29 yaşlı hücumçu bu gün “canavarlar”la 3+1 illik müqavilə imzalayacaq. Ulduz futbolçu tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün komandanın təlim-məşq toplanışında olduğu Portuqaliyaya yollanıb.
“İnter”ə keçidi son anda baş tutmayan cənubi amerikalıya “Roma”da 10 nömrəli formanın verilməsi gözlənilir.
Qeyd edək ki, Paulo Paulo 2015-ci ildən bəri formasını geyindiyi “Yuventus”un heyətində 293 oyun keçirib, 115 qol, 48 məhsuldar ötürmə ilə yadda qalıb.