Pep “Siti” ilə razılaşdı
20.11.2024 - 15:58

İngiltərə Premyer Liqa komandalarından “Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə razılığa gəlib.
Apasport.az xəbər verir ki, 53 yaşlı müttəxəssis mövsüm sonu bitəcək müqaviləsini uzadacaq.
Razılaşmaya əsasən, Qvardiola “Siti” ilə 1+1 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Pep 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir. O, komanda ilə 6 dəfə Premyer Liqanı, 1 dəfə Çempionlar Liqasını qazanıb.
0
0