Perez daha 4 il “Real”da
20.01.2025 - 01:25

İspaniya La Liqası komandalarından “Real Madrid”də prezident seçkiləri keçirilib.
Apasport.az xəbər verir ki, seçkilər zamanı tək namizəd olan Florentino Perez yenidən klubun prezidenti seçilib.
İspaniyalı iş adamı daha 4 il klubun inkişafı üçün səy göstərəcək.
Xatırladaq ki, Perez 2000-ci ildən etibarən komandaya rəhbərlik edir.
Qeyd edək ki, 77 yaşındakı iş insanının dövründə “Real Madrid” 37 futbol və 28 basketbol olmaqla ümumilikdə 65 çempionluq qazanıb.
0
0