Poçettino Fransaya qayıtmaqdan imtina etdi
23.09.2022 - 22:06

Maurisio Poçettino “Nitsa”nı çalışdırmayacaq.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Fransa klubunun baş məşqçisi olmaqdan imtina edib.
50 yaşlı çalışdırıcı İtaliyanın top-komandalarından birinə rəhbərlik etmək istəyir. Apennindən təklif gözləyən Poçettinonun son klubu PSJ olub.
Qeyd edək ki, argentinalı 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək rəhbərlik etdiyi Paris klubu ilə çempionat, kubok və Superkubokun qalibi olub.
0
0