
Nqolo Kante və Korentin Tolissonun xidmətindən məhrum qalan Fransa millisi əvəzində bir şad xəbər alıb.
Apasport.az saytının məlumatına görə, digər yarımmüdafiəçi Pol Poqba zədəsini sağaldıb.
Ötən ay əməliyyat olunan və DÇ-2022-ni buraxması ehtimal edilən “Yuventus”un orta sahə oyunçusu artıq kollektivlə birlikdə məşqlərə başlayıb. Qarşıdakı matçların birində dönüşünü qeyd edəcək 29 yaşlı futbolçunun dünya çempionatına yollanması gözlənilir.
“Üçrənglilər”in baş məşqçisi Didye Deşam, xüsusən də, Kantenin yoxluğunda yarımmüdafiədəki boşluğu məhz Poqba ilə doldurmağı planlaşdırır. Çalışdırıcı onun bir ay ərzində əvvəlki formasını bərpa edəcəyinə inanır.
Qeyd edək ki, Fransa yığması noyabrın 20-də Qətərdə start götürəcək DÇ-2022-nin D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.
- “Milan” millinin müdafiəçisini alır
- Qurban Qurbanov: "Bu matçda bir, yoxsa üç xal sərfəli olardı" - MÜSAHİBƏ
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
- "Nyukasl" "Mançester Yunayted"i məğlub edib, 3-cü sıraya qalxdı