Poqba “Yuventus”la anlaşdı
21.05.2022 - 10:37

“Mançester Yunayted”in futbolçusu Pol Poqba “Yuventus”a keçəcək.
Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi İtaliya klubu ilə müqaviləni razılaşdırıb.
Poqba Turin təmsilçisinə azad agent kimi keçəcək. 29 yaşlı futbolçu 3 illik müqavilə bağlayacaq və ildə 7,5 milyon avro qazanacaq. Bu rəqəm bonuslarla 10 milyona çata bilər.
Qeyd edək ki, Pol 2012-16-cı illərdə də “Yuventus”da oynayıb.
0
0