Poqbanın karyerasını harada davam etdirəcəyi məlum olub
07.10.2024 - 10:16

Pol Poqbanın "Yuventus"la əməkdaşlığı sona çatır.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçunun diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilsə də, "Yuventus" hələ də fransalı ilə əmək müqaviləsinə xitam verməyi planlaşdırır .
Səudiyyə Ərəbistanı çempionatı və MLS təmsilçiləri fransalı futbolçuya maraq göstərir.
Qeyd edək ki, dopinqə görə diskvalifikasiya olunan Pol Poqbanın cəzası 2025-ci ilin martında başa çatacaq.
0
0