"Portu"da Serjiu Konseysau dönəmi bitdi
04.06.2024 - 15:31

Portuqaliya təmsilçilərindən "Portu" baş məşqçi Serjiu Konseysau ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Konseysau 2017-ci ildən bəri "Portu"da çalışırdı.
Qeyd edək ki, Liqa 1 təmsilçilərindən "Marsel" portuqaliyalı mütəxəssislə maraqlanır.
0
0