Premyer Liqa ABŞ-da turnir keçirəcək
17.10.2022 - 17:07

İngiltərə Premyer Liqası 2023-cü ildə yeni turnir keçirməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, mövsümöncəsi hazırlıq çərçivəsində baş tutacaq yarış ABŞ-da təşkil olunacaq.
Turnirdə Premyer Liqanın 6 klubu mübarizə aparacaq. Onlar öncə iki qrupda qüvvəsini sınayacaq. Qarşılaşmalar ABŞ-ın müxtəlif şəhərlərində keçiriləcək.
Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlinə “Arsenal” başçılıq edir.
0
0