Premyer Liqa: “Bornmut”dan darmadağın, “Liverpul”dan parlaq qələbə
25.01.2025 - 21:29

Bu gün İngiltərə Premyer Liqasında XXIII turunun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə “Bornmut” evində “Nottingem Forest”lə üz-üzə gəlib.
Ev sahibləri rəqibini 5 cavabsız qolla darmadağın edib - 5:0.
Turun digər qarşılaşmasında isə, “Liverpul” doğma meydanda “İpsviç”i 4:1 hesabı ilə məğlub edib.
İngiltərə Premyer Liqası
XXIII tur
19:00. “Vulverhempton” – “Arsenal” – 0:1
19:00. “Southempton” – “Nyukasl Yunayted” – 1:3
19:00. “Liverpul” – “İpsviç” – 4:1
19:00. “Brayton” – “Everton” – 0:1
19:00. “Bournmut” – “Nottingem Forest” – 5:0
0
0