Premyer Liqa klubunda 30 milyonluq müdafiəçi
20.06.2022 - 23:31

İngiltərənin “Vest Hem” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubu açıqlayıb.
“Renn”in müdafiəçisi Nayef Aqerd London klubuna keçib. 26 yaşlı mərakeşli ilə 5 illik müqavilə imzalanıb. “Renn” bu transferdən 30 milyon funt sterlinq qazanıb.
Qeyd edək ki, Aqerd ötən mövsümün 40 oyununda 4 qol vurub.
0
0