Premyer Liqa klubunda yeni müqavilə
27.03.2023 - 21:25

“Bornmut” futbolçusu Norbertu Netu ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
33 yaşlı braziliyalı qapıçının yeni anlaşması 2026-cı ilədək nəzərdə tutulub. 2022-ci ilin yayında “Bornmut”a azad agent kimi keçən qolkiper komandanın kapitanıdır.
Qeyd edək ki, Netu cari mövsümün 18 oyununda 25 qol buraxıb.
0
0