Premyer Liqa klubundan 7 milyonluq transfer
13.06.2023 - 09:35

“Nyukasl” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi “Odense”nin vingeri Yankuba Minteni transfer edib. 18 yaşlı futbolçu üçün 7 milyon avro ödənilib.
Minte iyulun 1-dən “Nyukasl”ın oyunçusu sayılacaq. O, növbəti mövsümdə icarə əsasında “Feyenoord”da çıxış edəcək.
Qeyd edək ki, Minte Danimarka çempionatında keçirdiyi 17 matçda 4 qol vurub.
0
0