Premyer Liqa oyununda qadın hakim
03.11.2023 - 13:53

İngiltərə Premyer Liqasının 11-ci turunda bir ilk yaşanacaq.
Apasport.az xəbər verir ki, “Fulhem” – “Mançester Yunayted” matçını idarə edəcək hakimlər heyətinə ilk dəfə Rebekka Uelç adlı qadın referi də daxil edilib.
O, Premyer Liqa matçına dördüncü hakim kimi çıxacaq. 30 yaşlı Rebekka 2021-ci ildə ikinci divizionun “Port Veyl” – “Harroqeyt” matçına da təyinat alaraq bir ilkə imza atmışdı. Xanım referi həmçinin 2021/22 mövsümündə İngiltərə kubokunun “Birmingem Siti” – “Plimut” matçını da idarə edib.
Qeyd edək ki, sözügedən oyun noyabrın 4-ü saat 16:30-da start götürəcək.
0
0