Premyer Liqa tarixində 3-cü
08.12.2023 - 12:54

“Vest Hem”in futbolçusu Cerrod Bouen Premyer Liqada keçirdiyi ardıcıl 7-ci səfər oyununda qol vurub.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi yarışın tarixinə bunu bacaran üçüncü oyunçu kimi düşüb.
Ona qədər yalnız Robin van Persi və Serxio Aquero ən azı 7 səfər görüşünü qolsuz tərk etməyib. “Arsenal” və “Mançester Yunayted”in sabiq hücumçusu 9 matçlıq seriya ilə mütləq rekordçudur. “Mançester Siti”də oynamış argentinalı isə Bouen kimi 7 dəfə fərqlənib.
Qeyd edək ki, Cerrod 2020-ci ildə “Hall Siti”dən “Vest Hem”ə keçib.
- Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub
- Azar: “Co Baydenlə yerimi dəyişmək istəyirəm”
- Azərbaycan, Serbiya, Sloveniya... – püşk atıldı
- Berdıyev "Kəpəz"in futbolçusunu komandasında istəyir - Özəl
- Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub
0
0