Premyer Liqada üçüncü
04.12.2023 - 14:56

“Aston Villa”nın futbolçusu Olli Uotkins Premyer Liqada 2023-cü ildə 20-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, hücumçu bu il 20 və daha çox qol vuran 3-cü futbolçudur.
Onadək yalnız Erlinq Haland və Məhəmməd Salah bunu bacarıb. Norveçli “Mançester Siti”də, misirli isə “Liverpul”da fərqlənib.
Qeyd edək ki, Olli 14-cü turun “Bornmut”la görüşünün sonlarında vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib – 2:2.
0
0