PSJ azad agentləri axtarır
08.06.2023 - 20:45

PSJ-nin yay transfer pəncərəsi ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, Fransa klubu heyətində islahatlar aparmağa qərar verib.
Yenilənmələri zəruri hesab edən klub rəhbərliyi ən azı 7 futbolçunu sıralarına qatacaq. “Sportinq”in yarımmüdafiəçisi Manuel Uqarte üçün 60 milyon avro xərcləndiyindən PSJ azad agent statuslu futbolçular axtarışındadır.
Qeyd edək ki, PSJ başa çatan mövsümdə Liqa1-in çempionu olub.
0
0