PSJ-də Mbappedən daha çox forması satılan futbolçu
20.10.2023 - 11:41

Sən demə, PSJ-də ən çox futbolkası satılan oyunçu Kilian Mbappe deyilmiş.
Apasport.az xəbər verir ki, bu mövsüm Paris klubunda ən çox forması satılan oyunçu Li Kang-İndir.
22 yaşlı futbolçu mövsümün əvvəlində İspaniya “Malyorka”sından Liqa 1 təmsilçisinə transfer edilib. Klubdan verilən açıqlamada hücumameyilli yarımmüdafiəçinin forma satışında Mbappeni belə qabaqladığı bildirilir.
Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Kang-İn yeni klubunda qol hesabını aça bilməyib.
0
0