PSJ-də yeni müqavilə
19.05.2023 - 19:24

PSJ Markinyosla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
29 yaşlı braziliyalı müdafiəçi ilə yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Markinyos 2013-cü ildən Paris təmsilçisinin formasını geyinir.
Qeyd edək ki, cənubi amerikalı futbolçu PSJ-nin kapitanıdır.
0
0