PSJ-də yeni müqavilə
21.12.2023 - 11:01

PSJ daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, Fransa klubu Presnel Kimpembe ilə anlaşmanı yeniləyib.
Yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, 2005-ci ildən PSJ-nin müxtəlif yaş qrupları üzrə komandalardadır. O, ilk müqaviləsini isə 2015-ci ildə imzalayıb.
Qeyd edək ki, zədədən əziyyət çəkən Kimpembe sonuncu dəfə fevralda meydana çıxıb.
0
0