PSJ-dən kapitana yeni müqavilə təklifi
25.05.2022 - 00:43

PSJ kapitanı Markinyoşu komandada saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Fransa çempionu Braziliya millisinin müdafiəçisinə yeni müqavilə təklif edib.
27 yaşlı ulduz futbolçu rəhbərliyin şərtlərini qəbul etsə, sözləşməsini 2027-ci ilə qədər uzadacaq. Onun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-də çıxış edir.
0
0