PSJ-dən Messiyə təklif
13.09.2022 - 09:57

PSJ ulduz futbolçusu Lionel Messini heyətində saxlamağa qərar verib.
Apasport.az saytının məlumatına görə, bu üzdən də hücumçuya yeni müqavilə təklif olunacaq.
Fransa klubu Messi ilə 2 illik anlaşma imzalamağı planlaşdırır. Lakin hələ danışıqlara start verilməyib. Klub rəhbərliyi Qətərdəki DÇ-2022-dən sona Lionellə danışıqlara başlayacaq.
Qeyd edək ki, argentinalı cari mövsümün 7 oyununda 3 qol və 7 assistə imza atıb.
0
0