
Neymarın PSJ-yə keçidi zamanı Fransa klubunun yol verdiyi xətanın üstü açılıb.
Apasport.az xəbər verir ki, 2017-ci ildə rekord qiymətə reallaşan transfer zamanı braziliyalı hücumçu zədədən əziyyət çəkib.
Həmin vaxt "Barselona"dan alınan forvardın ayağında sınıq olub. Neymar 6 il əvvəl "Barselona"dan PSJ-yə rekord məbləğə - 242 milyon dollara keçib. Daxili yarışlardakı çoxsaylı uğurlara baxmayaraq, Neymar Fransa paytaxtında Avropa miqyaslı uğura həsrət qalıb.
Qeyd edək ki, Neymar PSJ-də bütün yarışlarda 173 oyunda 118 qol və 77 məhsuldar ötürməyə imza atıb. Braziliyalı hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının üzvüdür.