
"Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Quimaraes PSJ-nin radarındadır.
Apasport.az "Caught Offside" nəşrinə istinadla xəbər verir ki, yarımmüdafiəçi Paris nəhəngi rəhbərliyinin yay üçün transfer siyahısına başçılıq edir.
Mənbə qeyd edir ki, ingilislər maliyyə feyr-pleyi ilə bağlı problemlərə görə cənubi amerikalını satmağı düşünür.
Futbolçunun transfer qiyməti 100 milyon avrodur.
Bruno 2 il əvvəl "Lion"dan "Nyukasl"a keçib. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. Bu mövsüm braziliyalı 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.