PSJ öz meydanında uduzdu
16.09.2023 - 01:12

PSJ Fransa çempionatının 5-ci turunda uğursuzluq yaşayıb.
Apasport.az saytı xəbər verir ki, Paris klubu mövsümdə ilk dəfə uduzub.
Luis Enrikenin yetirmələri “Nitsa” ilə bacarmayıblar. Mbappenin dublu da PSJ-yə kömək etməyib. Çətin Paris səfərindən üç xalla dönən qonaq komanda, əbəs yerə ilk 4 oyunda uduzmadığını sübuta yetirib. “Nitsa”nın heyətində Moffi iki qol vuraraq, qələbədə böyük rol oynayıb.
Fransa 1-ci Liqası
5-ci tur
15 sentyabr
PSJ – “Nitsa” – 2:3
0
0