PSJ özbəkistanlı futbolçunu istəyir
26.11.2024 - 22:25

Özbəkistan yığmasının futbolçusu Abdukodir Xusanov karyerasını PSJ-də davam etdirər.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi onun xidmətində maraqlıdır.
Parislilər "Lans"la ilkin danışıqlara başlayıb. Futbolçunun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Xusanov 2023-cü ilin yayında "Enegretik-BQU"dan 100 min avroya transfer olunub.
0
0