PSJ Vitinyanı buraxmaq istəmir
29.04.2024 - 15:11

Fransa Liqa 1 təmsilçisi PSJ yarımmüdafiəçisi Vitinya ilə danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, klub 24 yaşlı portuqaliyalı ilə müqaviləni uzatmaq istəyir.
Vitinyanın hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Futbolçu PSJ forması ilə ümumilikdə 90 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
0
0