PSJ yarımmüdafiəçisi ilə yeni müqaviləyə razılaşıb
08.03.2024 - 18:29

PSJ yarımmüdafiəçisi Uorren Zair-Emeri klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçunun yeni müqaviləsi 2028-ci ilədək qüvvədədir və daha bir mövsüm uzadılmasını nəzərdə tutur.
Klubun bu barədə yaxın vaxtlarda rəsmi açıqlama verəcəyi gözlənilir.
Uorren Zaire-Emeri bu mövsümdə Luis Enrikenin heyətində 30 oyun keçirib. Fransız futbolçu 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0