PSV "Barselona"nın müdafiəçisini tam transfer EDƏCƏK
17.04.2024 - 22:26

Serjinyo Dest karyerasına PSV-də davam edəcək.
Apasport.az xəbər verir ki, "Barselona"ya məxsus olan futbolçu bu mövsüm Niderland klubunda icarə əsasında çıxış edir.
Eyndhoven şəhərinin təmsilçisi Destin tam transferinə 9 milyon funt-sterlinq təklif etmək niyyətindədir.
Bu mövsüm amerikalı futbolçu Eredevizedə 25 oyuna çıxıb, 2 qol vurub və 6 assist edib.
0
0