Pyaniçə BƏƏ-dən təklif
06.09.2022 - 11:48

“Barselona”nın futbolçusu Miralem Pyaniç karyerasını Asiyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı yarımmüdafiəçi BƏƏ-dən təklif alıb.
Onun xidmətində “Əl-Şərja” klubu maraqlıdır. Ərəblər Pyaniçə 3 illik müqavilə təklif edib. İki klub arasında danışıqlara da start verilib.
Qeyd edək ki, Miralem ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib.
0
0