“Qalatasaray" Avropada liderdir
27.02.2024 - 12:58

Sonuncu dəfə RAMS Parkda "Antalyaspor"u 2:1 hesabı ilə məğlub edən “Qalatasaray" evdə qələbə seriyasını 17 matça çatdırıb.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi bu göstəricilərə görə Avropada da liderdir.
“Aslanlar” Avropanın 5 böyük liqasında və Super Liqada ən uzun ev qələbə seriyası olan komandadır.
Qeyd edək ki, “Qalatasaray”ın Avropanın 5 böyük liqası və Super Liqada qalibiyyət seriyasına ən yaxın izləyicisi 7 qələbə ilə “İnter”dir.
0
0