"Qalatasaray"-"Elfsborq" matçının baş hakimi müəyyənləşib
21.10.2024 - 13:33

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qalatasaray"-"Elfsborq" matçının baş hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, görüş sloveniyalı hakimə həvalə ediləcək.
Qarşılaşmanı Sloveniya Futbol Federasiyasından olan Matej Juq idarə edəcək.
Qeyd edək ki, "Qalatasaray"-"Elfsborq" matçı oktyabrın 23-ü saat 18:30-da start götürəcək.
0
0