"Qalatasaray" - "Fənərbaxça" derbisinin vaxtı açıqlandı
13.05.2024 - 11:04

Türkiyə Super Liqasında 37-ci həftənin proqramı açıqlanıb.
Apasport.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, "Qalatasaray" - "Fənərbaxça" arasında keçiriləcək derbinin günü bəlli olub.
Mayın 19-da baş tutacaq nəhəng derbi Bakı vaxtilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "aslanlar" kritik derbidə 1 xal qazanarsa, çempionluğu elan edəcək.
Liqanın başa çatmasına 2 tur qalmış "sarı-lacivərdli"lər 93 xalla ikinci, "sarı-qırmızı"lar isə 99 xalla liderdir.
0
0