“Qalatasaray” hücumçusunu göndərir
07.12.2023 - 10:47

“Qalatasaray”ın daha bir futbolçusu qışda klubdan ayrıla bilər.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılar” Halil Dervişoğlunun oyunundan narazıdır.
23 yaşlı hücumçu cari mövsüm 10 matçda iştirak edərək 2 qola imza atıb. Klub rəhbərliyi onu satmaq istəyir, amma icarəyə verməyin də əleyhinə deyil. Futbolçunun Super Liqa klublarından birinə getməsi gözlənilir.
Qeyd edək ki, Dervişoğlunun “Qalatasaray”la razılaşması 2027-ci ilin yayına kimi nəzərdə tutulub
0
0