“Qalatasaray” oyunçusu üçün gələn təklifi rədd etdi
16.01.2025 - 00:26

Türkiyə Super Liqası komandalarından “Qalatasaray” Viktor Nelsson üçün gələn təklifi dəyərləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Anderlext”in 7 milyon avroluq təklifinə rədd cavabı verib.
“Sarı-qırmızılılar” müdafiəçi üçün Belçika klubundan 10 milyon avro tələb edir.
Qeyd edək ki, 26 yaşlı danimarkalı bu mövsüm “Qalatasaray”ın heyətində 16 rəsmi matça çıxıb.
0
0