“Qalatasaray”da ciddi itki
25.11.2024 - 20:29

"Qalatasaray"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Kaan Ayhan zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Super Liqanın XIII turunun "Bodrum"la matçında (1:0) ayaq əzələsindən xəsarət alıb.
30 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kaan Ayhan bu mövsüm "Qalatasaray"ın heyətində 16 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
0
0