“Qalatasaray”dan İkardi AÇIQLAMASI
05.01.2024 - 17:53

"Qalatasaray" argentinalı hücumçusu Mauro İkardinin zədəsi ilə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, futbolçu zədəsi səbəbilə bir müddət forma geyinə bilməyəcək.
Məlumata görə, klub 30 yaşlı forvardın qulaq, burun-boğaz və plastik cərrahiyyə müayinəsindən sonra belə qərara gəlib.
Bildirilib ki, travmanın 20-ci günündəki müayinəsindən sonra futbolçunun oynayıb-oynamayacağına qərar veriləcək.
Qeyd edək ki, İkardi Türkiyə Superliqasının 18-ci həftəsində "Fənərbaxça" ilə matçda aldığı zərbə səbəbi ilə üz sümüklərində qırıqlar əmələ gəlib.
0
0