"Qalatasaray"dan kritik qalibiyyət
15.04.2024 - 23:02

Türkiyə Superliqasında 32-ci tur başa çatıb.
Apasport.az xəbər verir ki, turun son matçında "Qalatasaray" "Alanyaspor"un qonağı olub.
Çempionluq yolunda kritik sayılan görüşdə "sarı-qırmızılılar" inamlı qələbə qazanıb: 4:0.
İlk hissəsi qolsuz keçən qarşılaşmada qol pərdəsini Barış Alper Yılmaz açıb.
Matçda 2 qol vuran Barışa İkardi və Ziyeş də qoşulub.
Beləcə xallarının sayını 87-ə yüksəldən "cim-bom" turnir cədvəlində vahid liderliyinə davam edib.
Qeyd edək ki, "Qalatasaray"ın ən yaxın izləyicisi olan "Fənərbaxça" 85 xalla 2-ci pillədə qərarlaşıb.
0
0