"Qalatasaray"dan vacib qələbə
25.01.2024 - 23:49

Türkiyə Superliqasında XXII turun son oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "İstanbulspor"u qəbul edib.
Matç "sarı-qırmızılılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın başında geriyə düşən "cimbom"un heyətində Kerem Aktürkoğlu (2 qol) və Mauro İkardi fərqlənib.
Beləliklə, vacib matçda qələbə qazanan Okan Burukun yetirmələri xallarının sayını 57-ə çatdırıb və lider "Fənərbaxça"dan uzaq düşməyib.
Qeyd edək ki, paralel keçirilən digər qarşılaşmada "Çaykur Rizespor" evində "Trabzonspor"u məğlub edib: 1:0
0
0